Maliyyə şablonları
Balans, Cash Flow, Rentabellik uçotu, Maliyyə modelləşdirilməsi, Ödəniş təqvimi
Balans
Şirkətinizin bir anlıq maliyyə sağlamlığını göstərən sənəd. Sol tərəfdə şirkətin sahib olduğu hər şey — pul, mal, avadanlıq. Sağ tərəfdə isə borclar və kapital. Bu iki tərəf həmişə bərabər olmalıdır. Balansı oxuyan sahibkar bir baxışda görür: şirkətim nəyə sahibdir, kimə nə qədər borcludur və real dəyərim nə qədərdir.
Cash Flow (Pul Vəsaitlərinin Axını)
Pulun hara getdiyini və haradan gəldiyini göstərən hesabat. Mənfəətli görünən şirkətlər belə pul çatışmazlığından bağlanır — çünki mənfəət kağız üzərindədir, pul isə kassadadır. Cash Flow sizə həqiqi pul hərəkətini göstərir: əməliyyatdan nə qazandınız, investisiyaya nə xərcləndiniz, kreditlər üzrə vəziyyətiniz necədir. Gələcəyi planlaşdırmaq üçün ən vacib maliyyə sənədi.
Maliyyə Modeli
Biznesinizin gələcəyini rəqəmlərlə modelləşdirən alətdir. Gəlir artımı, xərclər, investisiya və kredit öhdəlikləri — hamısı bir yerdə, 3–5 illik proqnozla. Sahibkar "əgər maaşı artırsam nə olar?" və ya "yeni filial açsam nə qədər gəlir gözlənilir?" suallarına cavab tapa bilir. Maliyyə modeli investorlarla danışıqlarda, bank kreditlərində və strateji qərarlarda əvəzolunmaz sənəddir.
Ödəniş Təqvimi

Yaxın 30 gün ərzində kimin, nə vaxt, nə qədər pul gözlədiyini göstərən cədvəl. Vergi, icarə, maaş, kredit, təchizatçı — bütün ödənişlər tarixə görə sıralanır. Kassanın gözlənmədən sıfırlanması, gecikmə cərimələri və reputasiya itkisinin qarşısını alan yeganə vasitədir. Ödəniş təqvimi olan sahibkar heç vaxt "pul qurtardı" vəziyyətinə düşmür.
Rentabellik Uçotu
Hansı məhsul və xidmətlərinizin həqiqətən pul qazandırdığını, hansılarının isə gizlicə zərər verdiyini ortaya qoyan analiz. Hər məhsul üzrə xammal, əmək və enerji xərcləri çıxıldıqdan sonra real qazanc hesablanır. ABC analizi isə bir addım irəli gedərək menyunuzun 20%-nin ümumi qazancın 80%-ni gətirdiyini göstərir. Bu bilik olmadan endirim etmək, menyu genişlətmək və ya qiymət qoymaq — gözlər qapalı qərar verməkdir.
5 ən lazımlı Maliyyə Şablonu
Biznesinizin pulsuz diaqnostikası
Maliyyə vəziyyətinizi indi analiz edin:
Hansında köməyə ehtiyacınız var?
Məxfilik qorunur
Made on
Tilda