Hər xərc kateqoriyası yoxlanır, bazar qiymətləri ilə müqayisə edilir. Şişkin, artıq, lazımsız xərclər müəyyən edilir. Nəticə: konkret kəsilə bilən xərclər siyahısı.
Sui-istifadə riskləri
Mühasib, satıcı, anbardar, ofisiant — daxili oğurluğun ən çox olduğu nöqtələri tapırıq. Mövcud nəzarət sistemlərinin boşluqlarını müəyyən edirik. Bağlama mexanizmi qururuq.
Müqavilə analizi
Podratçılarla bütün müqavilələr yoxlanır, bazar qiymətləri ilə müqayisə edilir. Artıq ödənişlər, əlverişsiz şərtlər, gizli komissiyalar aşkarlanır.
Vergi yükü analizi
Mövcud vergi rejiminin optimallığı yoxlanır. Artıq ödənilən vergilər, istifadə olunmamış güzəştlər, gəlir vergisi, ƏDV, sadələşdirilmiş vergi — hansı rejimdə daha az ödənilir hesablanır.
Anbar və inventar
Anbar dövriyyəsinin analizi — ölü stok, itkilər, sui-istifadə riskləri. Real anbar qalıqları sənədlərlə müqayisə edilir. Fərq varsa — səbəbi tapılır.
Hesabat keyfiyyəti
Mövcud maliyyə hesabatlarının düzgünlüyü yoxlanır. Yanlış kateqorizasiya, boşluqlar, gizlənmiş öhdəliklər, sənədsiz əməliyyatlar — hamısı üzə çıxarılır.
65%
Statistikaya əsasən şirkətlərin əksəriyyətində görünməyən maliyyə itkiləri var
84000 AZN
Partnyorlarından birində tapılan aylıq itki məbləği
125+
Əməkdaşlıq etdiyimiz şirkətlər
10 gün
Ortalama 10 iş günü ərzində audit prosesi həyata keçirilir
Mayın sonunadək müraciət et və 30%-dək endirimdən yararlan